Use APKPure App
Get Miri Yusif old version APK for Android
Avec des chansons, des paroles et sans Internet
Miri Yusif (əsl adı: Mirbabayev Mir Yusif Mir Heydər oğlu) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın əməkdar artisti.
Mirbabayev Mir Yusif Mir Heydər oğlu, 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Valideyinləri Mirbabayev Mir Heydər Mir Hüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mir Bağır Mir Heydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mir Heydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri və ilk sevgisi (sonradan onu Amerikaya aparan sevgi) yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun “Bakılı Sərçələr” mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.
Miri Yusif məktəb illərindən başlayan sevgisinin arxasınca Amerikaya getdi. Elə bununla da onun həyatında çətin, lakin maraqlı günlər başladı. O aeroportda tək qaldı. Arxasınca okeanı keçdiyi xanım onu qarşılamadı.[4] Miri Yusif elə həmin anda öz seçimini etdi. Təbiət etibarilə o sakit həyat tərzinə alışmış biri deyildi, ona yaradıcılıq üçün yeni təkanlar, macəralar lazım idi. Buna görə də o, geriyə qayıtmaq yerinə Amerikada qalmağı seçdi. Bank hesabında 1 dolları belə olmadığı halda o Amerikada yaşamağa başladı. Baxmayaraq ki, həmin vaxtlarda “Dəyirman” çox populyar idi, konsertləri anşlaqla keçirdi. Miri Yusif qabyuyandan ofisianta hər bir işdə çalışdı. Qalmağa yeri olmadığı üçün üfürülən döşəyi ilə işlədiyi yerdə də qalırdı. Özünün “karantin” adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başladı. Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi . Cəmi bir ay sonra - 09.10.2008-ci ildə onların öz ailəsi yarandı. Bu sevginin ilk töhfəsi “Sənin üçün” hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mir Hüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladının dünyaya gəlməsi Miri Yusif üçün dönüş nöqtəsi oldu. Çünki məhz ailənin yaranması ilə Miri Yusifin həm həyatında, həm yaradıcılığında yeni bir dönəm başladı.
Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan “Küçələrə Su Səpmişəm” tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan “İki Doğma İnsan” mahnısı “İlin mahnısı” mükafatını qazandı. 2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda “Yayın Ən Böyük” konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi.Ən son illərdə 2016-cı ilin İyul ayinin 8-9-u "2 GÜN Solo Konsert" adli konsert proqramiynan "Yaşil Teatr "da cıxış etdi ve bütün teatr bir denede boş yer qalmamışdı.1 Mart 2017-ci ildə Elektra Events Hall-da baş tutan "Ad Günu" adli canli solo konsert kecdi və bütün Miri Yusif sevənlər bu konsertə axin etdilər.Bu konsertlər arasinda 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada (The QUBE PROJECT) adli məkanda MİRİ YUSiF in konsertini bas tutdu (Dj China istiraki ilə). Həmçinin MİRİ YUSİF çox vaxt "Eleven" adli night clubda tez-tez canli solo konsert verir.
Ad Günü
Ayıq Sürücü
Bağışla
Dəli Oluram
Doldur
Dön Geriyə
Ehtiyac
Eyforiya
Gəl Gör
Günəş
Hərdən
Mən Küləyəm
Neyləyim
Oyna
Qayıt Gəl
Qəhvə Falı
Qiymətlim
Tərki Dünya
Uzaq Sevincim
Xatirə
Yarım Dünya
Yoxam Mən
Telechargé par
Leandro Da Sibele
Nécessite Android
Android 4.1+
Catégories
Signaler
Last updated on Sep 28, 2019
Mahnilar
Miri Yusif mahnilar
3.0 by Muhtasem
Sep 28, 2019