Quran - Azerbaycanca


3.0 par Alimovla
Dec 24, 2015 Anciennes versions

À propos de Quran - Azerbaycanca

Qurani Kərimin Azərbaycanca tərcüməsi

Qurani-Kərimin

Azərbaycan dilinə tərcümə və şərhi

Ön söz

Qurani-Kərim Allah-Taalanın bəşəriyyəti doğru yola istiqamətləndirmək üçün Öz əziz peyğəmbərlərinə göndərdiyi möcüzələr içərisində əbədilik sifəti ilə vəsf edilən yeganə möcüzədir və insanlar artıq min dörd yüz ildən artıqdır ki, ondan feyz alır, bəhrələnirlər. Allah-Taala Özünün bu müqəddəs, əbədi və həmişəyaşar səma kitabının təhrifdən və bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən amanda qalmasını istəyib və onu qoruyub. Buna görə də, Qurani-Kərim insanların əlində olan yeganə müqəddəs ilahi kitabdır. Bəşəriyyət səadət və xoşbəxtliyin düz və doğru yolunu getmək istəsə ona sığınmalıdır. Maddiyyat aləminin sakini olan insanın ömründən gün keçdikcə və bəşər zehninin məhsulu olan ideoloji məktəblərin rüsvayçılıq təbilləri çalındıqca insanın öz Rəbbinə tərəf dönməsinin və Qurani-Kərimin mənəvi və həmişə açıq olan süfrəsindən bəhrələnməsinin vaxtının çatması daha çox hiss olunur. Buna görə də dünyada hökm sürən bütün bər-bəzəklərə, zorakılıqlara, ləzzətpərəstliyə və əxlaqi məhdudiyyətsizliklərə baxmayaraq, müasir dünyada dinə və mənəviyyata qayıdış bəşəriyyətin fikirini özünə ciddi şəkildə məşğul emiş ən böyük məsələdir. Bu arada Qurani-Kərim təhrifdən uzaq olduğu üçün misilsiz etibar və dəyərə malik olaraq ən yüksək yerdə durur.

Hikmət sahibi olan Allah, göndərdiyi vəhy üçün dillərin ən fəsahətli və bəlağətlisini seçmiş və Qurani-Kərimin aşkar və aydın ərəb dilində nazil etmişdir. Mömin insan Quranda dinin əsas və qolları barəsində olan ilahi maarif xəzinələrini əldə etmək üçün bu dili öyrənərək Qurani-Kərimdən birbaşa bəhrələnməlidir. Lakin bu, Qurani-Kərimin dünyanın işlək dillərinə tərcümə edilməsi ilə ziddiyyət təşkil etmir. Əksinə dillərin çoxluğu, insanların Qurandan tez və rahat bəhrələnmələrinin gərəkliyi və Quran dilinin öyrənilməsinin hamı üçün mümkün olmaması tərcümə işini zəruriləşdirir. Buna görə də Allaha imanı olan alimlər bu işin həyata keçməsi üçün səy göstərməli və insanlara həyat bəxş edən vəhyin sözünü bütün bəşəriyyətə çatdırmalıdırlar.

Informations Application supplémentaires

Dernière version

3.0

Telechargé par

Mohamed RefȜt

Nécessite Android

Android 1.6+

Voir plus

Use APKPure App

Get Quran - Azerbaycanca old version APK for Android

Téléchargement

Use APKPure App

Get Quran - Azerbaycanca old version APK for Android

Téléchargement

Alternative à Quran - Azerbaycanca

Obtenir plus de Alimovla

Découvrir